Hüquqşünaslıq
Hüquqşünaslıq, cəmiyyətdəki münasibətləri tənzimləyən davranış qaydaları sistemi olan hüququ, onun yaranmasını, inkişafını, tətbiqini və təfsirini öyrənən fundamental ictimai-humanitar elmdir. Bu sahə dövlətin və cəmiyyətin əsaslarını təşkil edir, qanunun aliliyini, insan hüquq və azadlıqlarını, ədalət mühakiməsini təmin edir.
İxtisasın məqsədi
Bu ixtisasın əsas məqsədi, qanunvericilik aktlarını dərindən bilən və onları praktiki vəziyyətlərdə tətbiq edə bilən, hüquqi sənədləri (müqavilələr, iddia ərizələri, şikayətlər) tərtib edə bilən, məhkəmə proseslərində və ya danışıqlarda tərəfləri təmsil edə bilən, güclü məntiqi təfəkkürə və yüksək ədalət hissiyyatına malik olan hakimlər, prokurorlar, vəkillər, notariuslar və digər yüksək ixtisaslı hüquqşünaslar hazırlamaqdır.
Əsas tədris istiqamətləri
- Dövlət və hüquq nəzəriyyəsi
- Konstitusiya hüququ
- Mülki hüquq və Mülki prosessual hüquq
- Cinayət hüququ və Cinayət prosessual hüququ
- İnzibati hüquq
- Əmək hüququ
- Kommersiya (Təsərrüfat) hüququ
- Beynəlxalq hüquq (ümumi və xüsusi)
- Vergi hüququ, Ailə hüququ, Torpaq hüququ