İnformasiya texnologiyaları

İnformasiya texnologiyaları (İT), biznesin və təşkilatların ehtiyaclarını ödəmək üçün kompüter sistemlərinin, şəbəkələrin, proqram təminatının və verilənlər bazalarının seçilməsi, yaradılması, tətbiqi, idarə edilməsi və dəstəklənməsi ilə məşğul olan geniş və tətbiqi bir sahədir. Kompüter Elmləri daha çox nəzəri və alqoritmik, İnformasiya Təhlükəsizliyi isə qorunma üzərində fokuslandığı halda, İT daha çox mövcud texnologiyaların praktiki tətbiqi və idarə olunmasına yönəlir.

İxtisas haqqında

İxtisasın məqsədi

Bu ixtisasın əsas məqsədi, təşkilatın İT infrastrukturunun (kompüterlər, serverlər, şəbəkələr) fasiləsiz və səmərəli işini təmin edə bilən, əməliyyat sistemlərini (Windows Server, Linux) və verilənlər bazalarını idarə edə bilən, yaranan texniki problemləri həll edə bilən (helpdesk/support), İT layihələrini planlaşdırıb həyata keçirə bilən və biznesin tələbləri ilə texnoloji həllər arasında körpü yarada bilən praktiki yönümlü İT mütəxəssisləri hazırlamaqdır.

Əsas tədris istiqamətləri

  • Kompüter arxitekturası və texniki təminat
  • Əməliyyat sistemləri (Windows və Linux administatorluğu)
  • Kompüter şəbəkələri (TCP/IP, switching, routing)
  • Verilənlər bazasının idarə edilməsi (SQL, Oracle)
  • Sistemlərin idarə edilməsi və avtomatlaşdırma (skriptləşdirmə)
  • Veb texnologiyaları və serverlərin idarə edilməsi
  • Bulud texnologiyaları (IaaS, PaaS, SaaS)
  • İT layihələrinin idarə edilməsi
  • İT dəstək və xidmət (IT Support/Helpdesk)